Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda KTMT-dən çıxdığını elan edəcək.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan deyib.
"Qaydalara uyğun olaraq, Nikol Paşinyan yaxın zamanda Ermənistanın KTMT-dən çıxdığını elan edəcək. Öz növbəsində Rusiya demək olar ki, bildirib ki, Ermənistan Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirə bilməz və eyni zamanda Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala bilməz. Aydındır ki, Nikol Paşinyanın xarici siyasəti macəralarla dolu olaraq qalır və ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır.
Hər hansı bir dövlət qərarının əsasında Vətən mənafeyi və həmin qərarın nəticələrinin və mümkün təsirlərinin diqqətlə hesablanması dayanmalıdır. Halbuki, bu halda başqa qüvvələrin maraqlarından doğan tələskənlik aydın görünür. Bu isə o deməkdir ki, ciddi nəticələr yarana bilər və bu nəticələrdən istisnasız olaraq hamımız zərər çəkə bilərik",
— deyə o, "Facebook" səhifəsində yazıb.
Musavat.com