AZ

NATO-nun baş katibi alyans ölkələrini müharibəyə hazır olmağa çağırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



NATO-nun baş katibi Mark Rütte alyans ölkələrini müharibəyə hazır olmağa çağırıb.
Oxu.Az-ın "RIA Novosti"yə istinadən məlumatına görə, bu barədə o, yanvarın 15-də Brüsseldə keçirilən NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində görüşündə bildirib.
Baş katib münaqişədən qaçmağın ən yaxşı yolunun ona hazırlaşmaq olduğunu bildirib.
"Müharibənin qarşısını almaq üçün biz ona hazır olmalıyıq. İndi müharibə dövrünün tələblərinə uyğun olaraq düşüncə tərzimizi dəyişmək vaxtıdır. Bu o deməkdir ki, biz müdafiə xərclərini və silah istehsalını artırmaqla müdafiəmizi gücləndirməliyik", - deyə Rütte əlavə edib.
Seçilən
7
50
oxu.az

10Mənbələr