AZ

Ermənistan - ABŞ sazişi: Azərbaycan üçün vacib olan faktor nədir?

"Ermənistanın digər ölkələrlə strateji münasibətlər qurması Azərbaycan üçün maraqlı deyil".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ və Ermənistan arasında imzalanan strateji saziş haqqında danışarkən deyib.

Millət vəkili bildirib ki, sözügedən proses Ermənistanın daxili işidir:

"Rəsmi İrəvan müstəqil şəkildə qərar verə bilər. Azərbaycan üçün vacib olan yeganə faktor əldə olunmuş razılığın ölkəmizə qarşı yönəlməməsidir. Bizim tələblərimiz aydındır: Ermənistan ərazi bütövlüyümüzü tanısın, ölkəmizə qarşı iddialarından əl çəksin və ən nəhayəti sülh müqaviləsini imzalasın. Rəsmi Bakı bu yöndə mövqeyini dəfələrlə bildirib və qarşı tərəfdən müvafiq addımlar gözləyir. Qeyd etdiyim kimi, əldə edilmiş razılıq Azərbaycana qarşı deyilsə, münasibətlərin normallaşmasına təsir etməyəcəksə, bizim üçün önəmi yoxdur. Kimlə istəyirlər, saziş bağlasınlar".

Xatırladaq ki, iki ölkə arasında imzalan saziş preambula və 5 bölmədən ibarətdir. Sənədin müəyyən hissələrində Azərbaycan münasibətlərin normallaşması, Alma-Ata Bəyannaməsinə istinad, ABŞ tərəfindən kommunikasiyaların blokadadan çıxarılmasına dəstəyin ifadə olunması və sair məsələlər öz əksini tapıb.


Müəllif: Məlik Məlikov
Seçilən
5
teleqraf.com

1Mənbələr