Bu gün “Mingəçevir"lə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsi imzalanma mərasimi keçirildi.
“Football-plus.az” xəbər verir ki, “Flame Towers”in Üzeyir Hacıbəyli salonunda keçirilən tədbiri giriş sözü ilə açan Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev bu qurum vasitəsi ilə daha bir region klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirdi, bölgə futboluna dəstəyə görə ASTA rəhbərliyinə təşəkkür etdi. İcraçı direktor həmçinin klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı ilə bağlı məlumat verdi.
Daha sonra ASTA-nın prezidenti Rafael Bunyatov "Mingəçevir"ə dəstək olmaqla bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini bildirdi və klub ilə bağlı planları barədə məlumat verdi. Həmçinin bu tərəfdaşlığın araya-ərsəyə gəlməsində dəstək olan tərəflərə təşəkkür etdi.
Çıxışlardan sonra imzalama mərasimi baş tutdu. Tərəfdaşlıq müqaviləsini "Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov və ASTA-nın prezidenti Rafael Bunyatov imzaladı. Daha sonra “Mingəçevir”in İdarə Heyətinin sədri Nurlan Əhmədov Bunyatova forma və şərf bağışladı.
Qeyd edək ki, FİF vasitəsilə daha öncə premyer-liqada çıxış edən "Turan Tovuz" ilə “Huner Group”, 1-ci liqada mübarizə aparan "İmişli" ilə RDC MMC, həmçinin eyni liqada çıxış edən "Zaqatala" ilə "Music Gallery" arasında sponsorluq müqavilələri imzalanıb.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta