AZ

Ana 3 yaşlı qızını mətbəxdə yandırmağa ÇALIŞDI

Ajans.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə uşağın “Yox” qışqırması eşidilir. Ana ağlayan uşağına iki dəfə sillə vurub, sonra hədələyib.

Sosial şəbəkələrdə yayılan dəhşətli görüntülər ananın kiçik qızına qarşı qeyri-insani davranışını ortaya çıxarıb. Honduras Markoviyada yaşayan 3 uşaq anası Darlin Peres 3 yaşlı qızını yandırmağa çalışarkən görüntülənib. Ana ağlayan övladına iki dəfə sillə vurub, daha sonra “O, orada diz üstə qalacaq” deyərək hədələyib. Bu dəhşətli anları lentə alan şəxsin telefonuna da tuş gələn Peresin davranışı onun psixi cəhətdən qeyri-sabit olması şübhəsi yaradıb.

Sosial mediada yayılan görüntülərdən sonra polis hərəkətə keçib və bazar ertəsi Peresi saxlayıb. Polis bölməsinə aparılarkən mətbuat mənsublarının suallarını cavablandıran ana göz yaşları içində peşman olduğunu bildirib. "Niyə belə bir şey edərdin?" sualına isə "bilmirəm, o vaxt sakit idim. Normalda qızıma pis münasibət göstərmirəm" cavabını verib. İstintaq çərçivəsində Peresin üç uşağı - 3 yaşlı qurban qız və onun 1-6 yaş arası digər iki bacısı dövlət himayəsinə götürülüb. Uşaqlara qayğı Uşaq, Yeniyetmə və Ailə Katibliyinə tapşırılıb. İttiham edilərək həbs edilən ananın məhkəmə prosesi davam edir. Hondurasda böyük təsir bağışlayan hadisə, uşaqlara qarşı zorakılığa qarşı ictimai maarifləndirməni artırıb və səlahiyyətlilərin məişət zorakılığına qarşı daha sərt tədbirlər görməsi barədə müzakirələrə səbəb olub.

Seçilən
2
Ajans.az

1Mənbələr