AZ

Ukrayna kəşfiyyatı rus hərbçilərinə mövqelərini tərk etmək üçün rüşvət verməyə çalışıb

Ukrayna kəşfiyyatı rus hərbçilərinə Qorlovkadakı mövqeləri tərk etmək üçün 1 milyon dollar vəd edərək onlara rüşvət verməyə çalışıb.

Missiya.Az xəbər verir ki, Rusiya əks-kəşfiyyatı bu planı pozub.

Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 100 min dollar avans köçürüb, Rusiya kəşfiyyatçıları isə danışıqçıların marşrutunu izləyib və Ukrayna silahlı qüvvələrinin bölmələrinin cəmləşdiyi yeri aşkar ediblər və oraya güclü zərbələr endiriblər.

Qeyd olunub ki, Ukrayna kəşfiyyatının köçürdüyü vəsasit rus əsgərləri üçün lazımi avadanlıqların alınmasına sərf olunacaq.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr