AZ

Tadeo Alyende “Selta”nı “İnter Mayami”yə dəyişdi

İspaniyanın “Selta” klubunun sağ vingeri Tadeo Alyende bundan sonra “İnter Mayami”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə ABŞ klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, MLS təmsilçisi Tadeo Alyendeni bir neçə aylıq icarəyə götürüb. Argentinalı futbolçu 2025-ci ilin 30 iyununa kimi “İnter Mayami”də çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Üstəlik, Alyendenin “Selta” ilə müqaviləsinin müddəti də məhz bu yay bitəcək. Belə olan halda böyük ehtimalla Alyende “Selta” ilə müqaviləsinin müddəti yekunlaşdıqdan sonra ABŞ klubu ilə yeni, tamhüquqlu əsasda sözləşmə imzalayacaq.

Tadeo Alyende Argentinanın “İnstituto” klubunun yetirməsidir. O, ölkəsində “Qodoy Krus”un da formasını geyinib. “Selta”ya 2024-cü ilin yanvarında 4,5 milyon avro müqabilində keçmiş vinger bu komandanın heyətində 13 oyuna çıxıb, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr