AZ

Ötən il Kəngərli GES-də istehsal edilən enerji istehsalının həcmi açıqlanıb

Ötən il Kəngərli günəş elektrik stansiyasında enerji istehsalının həcmi açıqlanıb

Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm ötən il 7.812 min kVtsaat-dır.

Xatırladaq ki, Kəngərli rayonu ərazisində 2 meqavatt güclü Kəngərli Günəş Elektrik Stansiyasının tikintisi haqqında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin "Pure Energy Development" SARL şirkəti arasında 17 may 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tikinti-quraşdırma işləri həyata keçirilib.

 

Stansiyasının layihə gücünün daha 3 meqavatt artırılması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin "Pure Energy Development" SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb.

2020-ci ilin iyul ayının 8-də stansiyanın layihə gücü daha 3 meqavatt artırılaraq, 5 meqavatta çatdırılıb, il ərzində 7,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Seçilən
0
1
day.az

2Mənbələr