AZ

Xalq Bank 2024-cü ilin yekunlarını açıqladı

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan Xalq Bankın 2024-cü ilinsonuna xalis mənfəəti illik müqayisədə 26.2% artaraq 65,7 milyonmanat təşkil etmişdir. Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründəbank 52,1 milyon manat xalis mənfəət əldə etmişdi.

2024-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqenümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu iləmüqayisədə stabil qalaraq hesabat dövrünün sonuna 3, 068 mlrd manattəşkil etmişdir. Kredit portfelinin həcmi (digər maliyyəinstitutları daxil) artaraq 1 937,62 mln manat, banklar və digərmaliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 905,36mln manat təşkil etmiş, Bankın cəmi kapitalı 511 mln manataçatmışdır. Aktivlərdən səmərəli istifadə nəticəsində ötən il iləmüqayisədə hesabat dövründə səhmdar kapitalı üzrə gəlirlilik əmsalı(ROE) 10.55%-dən artaraq 13.44 %, aktivlər üzrə gəlirlilik əmsalı(ROA) isə 1.82%-dən artaraq 2.18% təşkil etmişdir.

2024-cü ilin il ərzində Bankın faiz gəlirləri ötən ilin eynidövrü ilə müqayisədə 13,8% artaraq 183,96 mln manata, qeyri-faizgəlirləri isə 41,5% artaraq 42,8 mln manata yüksəlib.

2024-cü ilin iyul ayında Moody’s Ratings beynəlxalq reytinqagentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəməqabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq üzrə proqnozu“stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozitreytinqini Ba3 səviyyəsinə yüksəldib.

Davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyənXalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının QlobalSazişinə (UN Global Compact) qoşuldu.

Bank “Xalq Əmanəti” mədəni-sosial layihəsini 2024-cü ildə dədavam etdirmişdir. May ayında layihənin 24-cü nəşri - azərbaycanlırəssam Cahid Camalın həyat və yaradıcılığına həsr edilmiş bədiialbom geniş ictimaiyyətə təqdim olunmuşdur.

Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank2024-cü ildə növbəti 3 il üçün yeni İnkişaf Strategiyasınıtəsdiqləmişdir. Bu dövr ərzində Bank yüksək korporativ idarəetməstandartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bankolmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir.Rəqəmsallaşmanın geniş tətbiqi və daxili nəzarət mühitinin inkişafıprioritet istiqamət kimi müəyyən edilib.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırdaregionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir.Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərəmüasir və rahat bankçılıq xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Seçilən
0
9
az.trend.az

9Mənbələr