Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 358 pozuntu faktı qeydə alınıb.
Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, həmin pozuntuların çox bir hissəsi (348 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunub. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 3 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunub. Pozuntular səbəbi ilə il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuş, 3 dəfə inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib.