Vatsapdan sizə göndərilən şəkillərə görə, bank hesabınızdakı bütün pullar oğurlana bilər.
SeherXeber.org xəbər verir ki, bu barədə məlumat təhlükəsizliyi üzrə mütəxəssis Aamalya Cəlilova danışıb. O bildirib ki, hansısa nömrədən gələn "filankəs xanım/bəy, baxın, şəkildəki sizsiniz? Çox qəşəng düşmüsünüz" və s. mesajlar aldadıcı ola bilər.
"Sizə göndərilən "şəkil"ə bir dəfə klikləməklə bütün məlumatlarınızı və pullarınızı itirə bilərsiniz. Tanımadığınız nömrədən göndərilən bu "şəkil" sizə adi gəlsə də, əslində, bu, APK formatında olan fayldır və siz ona kliklədiyinizdə qarşıdakı dələduz viruslu proqramı telefonunuza yükləyir və məlumatlarınıza icazəsiz giriş əldə edir. Ona görə də, tanımadığınız şəxslərin göndərdiyi belə fayllara qarşı diqqətli olun, heç bir halda klikləməyin", - deyə o əlavə edib.
Billurə Yunus