Bakı. Trend:
ABŞ-nin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı, keçmişbirinci xanım Mişel Obama seçilmiş prezidenti Donald Trampınandiçmə mərasimində iştirak etməyəcək.
Trend xəbər verirki, bu barədə “Associated Press” Obama cütlüyünün mətbuatnümayəndəsinə istinadən məlumat yayıb.
“Təsdiq olunub ki, keçmiş prezident Barak Obama 60-cı andiçməmərasiminə qatılacaq. Keçmiş birinci xanım Mişel Obama qarşıdakıandiçmədə iştirak etməyəcək”, - deyə məlumatda deyilir.
Mişel Obamanın niyə belə bir qərara gəldiyinin detallarıaçıqlanmır.
Qeyd edək ki, Mişel Obama, eyni zamanda, 39-cu prezident CimmiKarterin dəfn mərasiminə də qatılmamışdı. Seçilmiş prezident DonaldTrampın andiçmə mərasimi yanvarın 20-də Vaşinqtondakeçiriləcək.