AZ

Qazaxıstanda 1,4 milyard dollar dəyərində külək elektrik stansiyası tikiləcək

Qazaxıstanla BƏƏ-nin “Masdar” şirkəti arasında tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əbu-Dabidə “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Əl Ramahi ilə görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, tərəflər Qazaxıstan Respublikasının Cambıl vilayətində 1 QVt gücündə külək elektrik stansiyasının tikintisi üzrə iri layihənin həyata keçirilməsi üçün bütün zəruri sazişləri uğurla imzalayıblar. Bu layihəyə investisiyaların həcmi 1,4 milyard dollar təşkil edəcək.

Öz növbəsində, Məhəmməd Al-Ramahi Qazaxıstan Prezidentinə şirkətin tikinti işlərinə başlamaq planları barədə məlumat verib və bu layihə çərçivəsində külək turbinlərinin istehsalı üçün yerli komponentlərdən istifadə etməkdə maraqlı olduğunu bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr