AZ

Qışda açıq havada idman edərkənDİQQƏTLİ OLUN! - Məsləhətlər

Ekran qarşısında daha çox vaxt keçirmək, hətta alış-verişə çıxmamaq, uzun müddət oturmaq...

Oturaq həyat bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabat da bunu təsdiqləyir. Hesabata görə, tədbir görülməsə, 2030-cu ilə qədər təxminən 500 min insan hərəkətsizlik səbəbindən sağlamlıq problemləri ilə üzləşəcək.

Bunun üçün idman həyatın bir parçası olmalıdır.

Bəs, qış ayları idmanla məşğul olmağa mane olurmu?

Türkiyəki mütəxəssis idman həkimi Ömər Özkan bununla bağlı məsləhətlər verib.

Stressi azaldır

Fiziki cəhətdən soyuq hava orqanizmi daha çox kalori yandırmağa sövq edir ki, bu da maddələr mübadiləsini sürətləndirir. Immunitet sistemini gücləndirir.

Psixoloji nöqteyi-nəzərdən açıq havada məşq etmək stress səviyyəsini azaldır, psixi sağlamlığı yaxşılaşdırır və depressiyanı azaldır.

Açıq havada idman üçün ən yaxşı vaxt günorta və axşam saatlarıdır

Ömər Özkan qışda açıq havada idman edərkən günorta və günortadan sonrakı saatlara üstünlük verilməli olduğunu deyir.


Məşqə başlamazdan əvvəl isinmə hərəkətləri edin

Gəzinti, qaçış, velosiped, xizək sürmək və snoubord kimi fəaliyyətlər ümumi bədən dözümlülüyü üçün təsirli ola bilər.

Məşqə başlamazdan əvvəl əzələləri yaxşıca qızdırmaq vacibdir, çünki soyuqda əzələlər gərginləşə bilər. Bundan əlavə, idman hava və yer şəraitinə görə seçilməli və buz kimi amillər nəzərə alınmalıdır.

Geyim

Qışda məşq edərkən birdən çox paltardan istifadə etmək yaxşıdır. Tək qalın paltar yerinə bir neçə nazik paltar daha uyğundur. Alt geyimdə bədəndən nəm çıxaran, nəfəs ala bilən və tez quruyan materiallara üstünlük verilməlidir. Geyimlər bədən istiliyini saxlayacaq materialdan hazırlanmalıdır. Üstdəki geyim külək, su və qar kimi ətraf mühit amillərindən qorunma təmin etməlidir. Bundan əlavə, soyuqdan daha həssas olan baş, əllər və ayaqlar üçün uyğun aksesuarlardan istifadə edilməlidir.

Yağış və qar keçirməyən ayaqqabılardan istifadə edin

Qışda idmanla məşğul olarkən ayaqqabının altı sürüşməməlidir. Xüsusilə qar və buz kimi sürüşkən səthlərdə təhlükəsiz şəkildə gəzmək və ya qaçmaq yaralanmaların qarşısını almaq üçün çox vacibdir.

Bundan əlavə, suya davamlı olmalıdırlar. Su keçirməyən parçalardan hazırlanmış və isti iç astarlı ayaqqabılara üstünlük verilməlidir. Termal içliklər də ayaqları isti saxlamağa kömək edə bilər.

Su içməyi unutmayın

Məşq zamanı orqanizm daha çox su itirir, ona görə də müəyyən fasilələrlə su içmək vacibdir. Qışda hər məşq üçün 300-400 ml su kifayət ola bilər, lakin bu miqdar məşq müddətindən və intensivliyindən asılı olaraq arta bilər.

Ömər Özkan, həddindən artıq soyuq günlərdə səhhətində problemi olanların çöldə idman etməməli olduğunu da vurğulayır.


Aygün Nəbiyeva
Medicina.az
Seçilən
0
medicina.az

1Mənbələr