Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycanın Türkiyədəki Baş konsulu Nermine Mustafayeva “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Türkiyənin sənət dünyasının önəmli adlarından biri olan Engin Altan Düzyatan Bakıda keçirilən COP29-a qatılaraq ətraf mühitə həsasslığa diqqət çəkib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin göndərdiyi “Təşəkkürnamə”ni sənətkara çatdırdıq və bu töhfənin nə qədər dəyərli olduğunu bir daha vurğuladıq”.