AZ

ABŞ-nin sərhəd mühafizəsi komandasının "Zəngəzur" dəhlizinə nəzarət etmək istəyi istisna olunmur

Ermənistan ABŞ arasında "Strateji tərəfdaşlıq" xartiyası imzalanması Rusiya və İrana qarşıdır. Həmçinin ABŞ Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirir.

Qeyd edim ki, ABŞ Rusiyanı Cənubi Qafqazdan tam çıxarmaq strategiyasını həyata keçirir. Həmçinin İranın Ermənistana təsirini neytrallaşdıracaq. Azərbaycanla bağlı məsələyə gəldikdə isə, Ermənistan Azərbaycanla müharibəyə gedəcək gücdə deyil. Həm də ABŞ Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanmasında maraqlı deyil. Çünki, ortada Türkiyə faktoru var. Əgər, Ermənistan revanşa qalxarsa, Türkiyə Azərbaycanı tam dəstəyini göstərəcək. Bu da Ermənistan dövlətinin iflasına gətirə bilər.

N. Paşinyan hakimiyyətə gətirən ABŞ -dır. Və indiki proseslər təəccüblü bir şey yoxdur. Bu sazisdən sonra N. Paşinyan Ermənistanı Rusiyadan tam qoparacaq. Avrointeqrasiya siyasətini davam etdirəcək. Ermənistan bu faktdan istifadə edib, sülh müqaviləsini uzada bilər. Müəyyən təxribatlara əl ata bilər.

Demək olar ki, Ermənistan tam mövqe ortaya qoydu. Ermənistandan da bu tələb edilirdi. Azərbaycandan da öz seçimini etmək istənilir. Azərbaycan isə, müstəqil siyasət aparacağını daima ortaya qoyur. Bu da ölkəmizə qarşı təzyiqlərə yol açır. Yeni dünya nizamı qurulur və hər bir ölkə öz geosiyasi seçimini etməlidir.

Artıq Ermənistan ABŞ pladsarmı olacaq. Vaşinqton buradan İrana qarşı siyasətini inkişaf etdirəcək. Xüsusilə D. Trampin anti-İran siyasətində Ermənistandan istifadə edə bilər. Ermənistan həm İranla, həm də Rusiya ilə strateji tərəfdaşdı. İndi isə, ABŞ Ermənistandan hər iki ölkəyə qarşı istifadə edəcək.

Qeyd edim ki, ABŞ təhlükəsizlik qüvvələri bir neçə gün bundan əvvəl, İran Ermənistan sərhəddindən çıxan Rusiya hərbçilərinin yerinə göndərilə bilər. Həmçinin ABŞ təhlükəsizlik qüvvələrindən "Zəngəzur" dəhlizinə nəzarət etməyi hədəfləməsi istisna deyil.

Azərbaycan ABŞ -la siyasi əlaqələri inkişaf etdirərsə, ölkəmiz üçün problem olmayacaq. D.Tramp administrasiyası ilə rəsmi Bakı yeni bir siyasi dialoq qurmalıdır. ABŞ Azərbaycana siyasi dəstəyinin artırılmasına nail olmalıdır.

Demək olar ki, Azərbaycan üçün region ölkələri ilə əməkdaşlıq platforması mümkün deyil. Çünki, Rusiya və İran Azərbaycana qarşı ciddi strateji səhvə yol verib. Azərbaycan Qərblə yenidən siyasi dialoqu inkişaf etdirməsi labüddür. 30 il ərzində həyata keçirilən "balans" siyasət yeni təhlükəsizlik çağırışlarına cavab vermir.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Seçilən
0
1
visiontv.az

2Mənbələr