Qazaxıstan millisinin qapıçısı Aleksandr Zarutskinin Azərbaycandan təklif alması iddia olunur.
Yerli mətbuatın yaydığı xəbərə görə, 31 yaşlı qolkiperə Premyer Liqamızdan dəvət gəlib.
“Astana”dan yenicə ayrılan Zarutski hazırda azad agent statusu daşıyır. Qazaxıstan KİV-i onun yaxın günlərdə yekun qərarını verəcəyini yazıb.
O, Qazaxıstan millisinin formasını yalnız ötən il Azərbaycan yığmasına 2:3 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündə geyinib.
Transfer vərəqi əlində olan “əlcək sahibi“nin “Neftçi”yə keçəcəyi söylənilir. Klubdan isə bu məlumatı saytımıza təkzib ediblər.
Paytaxt təmsilçisindən redaksiyamıza verilən məlumata görə, adıçəkilən legioner Samir Abasovun transfer siyahısında yer almır.
Baş məşqçi gücləndirmək istədiyi mövqelər arasında “çərçivə“ni qeyd etməyib.
Ümumiyyətlə, çalışdırıcı “1 nömrə“nin əcnəbi olmasını istəmir. Yerli statuslu biri olsa, hə, bu başqa məsələ…
SRORTİNFO.AZ