Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası yeni oyunçu ilə güclənib.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, Bakı təmsilçisi belaruslu İlya Buraunu transfer edib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
28 yaşlı voleybolçu ölkəsi ilə yanaşı, son olaraq Hindistanın “Əhmədabad” komandasında da çıxış edib.