Gəncədə, C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı sosial şəbəkədə canlı yayım açması məsələsinə münasibət bildirilib.
Publika.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məsələni hüquq-mühafizə orqanlarının araşdırdığını diqqətə çatdırıb.
Hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.