AZ

Gürcüstanın sabiq baş nazirinin döyülməsi videosu yayıldı - Video

Gürcüstanın “İmedi” telekanalı sabiq baş nazir Giorgi Qaxariyanın yer aldığı fiziki qarşıdurmanın yer aldığı video yayımlayıb.

Teleqraf.com xəbər verir ki, kadrlardan insidentə G.Qaxariyanın səbəb olduğu və bunun ardınca “Gürcü Arzusu”nun deputatı Dmitri Samxaradzenin ona cavab verməsi görünür.

Qeyd edək ki, hadisə Batumidəki “Şeraton” mehmanxanasında baş verib. Nəticədə G.Qaxariyanın burnu sınıb və o, xəstəxanaya aparılıb.

Faktla bağlı zorakılıq maddəsi ilə istintaq aparılır.


Müəllif: Cəmilə Babayeva
Seçilən
0
teleqraf.com

1Mənbələr