Azərbaycan millisinin futbolçusu Jalə Məsimovanın yeni komandası dəqiqləşib.
Bu barədə İdman.biz-ə 28 yaşlı hücumçunun özü məlumat verib.
O bildirib ki, karyerasını yenə Türkiyədə davam etdirəcək. Ötən həftə “Beylerbeyi” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan futbolçumuz “Amed”lə danışıqları müsbət yekunlaşdırıb. O, sabah rəsmi müqaviləyə imza atacaq. Razılıq mövsümün sonunadək əldə olunub.
Qeyd edək ki, “Amed” Türkiyə Superliqasında XIII turdan sonra 11 xalla 10-cu yerdə qərarlaşıb.
Aytac Sahəd
İdman.biz