AZ

Türkiyədən Səudiyyəyə elektrik avadanlıqları ixracında artım müşahidə olunub (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Səudiyyəyə elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 99 faiz artaraq, 269 milyon 658 min 25 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Səudiyyəyə 30 milyon 508 min 80 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,8 dəfə çoxdur ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
0
31
turkic.world

10Mənbələr