AZ

14 aktivist məhkəməyə çağırılıb

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) xəbər verir ki, 14 milli fəal son müdafiə çıxışı etmək üçün Təbriz İnqilab Məhkəməsinin 15-ci bölməsinə çağırılıb.

Bildirilib ki, güneyli fəallar ötən il təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər və 100 gün ETTELAAT-ın (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) təkadamlıq kamerasında işgəncələrə məruz qalıblar.

Məlumata görə, milli fəallar “İslam Respublikasına qarşı çıxmaq niyyəti ilə qanunsuz qruplara üzv olmaq”, “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədi ilə toplaşmaq”da günahlandırılırlar.

Seçilən
0
vaxt.az

1Mənbələr