Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” “Ayntraxt” forması geyinən Tutanı transfer etməyə çox yaxındır.
Keçidin 10 milyon avro + bonuslar şəklində baş tutacağı bildirilib. Braziliyalı müdafiəçi də bu transferə müsbət yanaşır.
Qeyd edək ki, 25 yaşlı Tuta bu mövsüm “Aytraxt”ın heyətində çıxdığı 23 rəsmi matçda 1 qol vurub. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.
Premyer Liqanı Bundesliqaya dəyişəcək
Avropanın rəmzi komandası açıqlanıb
Sabiq "Neftçi"linin yeni ünvanı bəlli olub
"Mançester Siti"nin keçmiş kapitanı və baş məşqçisi vəfat edib
Mərc qalmaqalı üzə çıxıb: İspaniyalı futbolçu saxlanılıb