AZ

GEM-in direktoru Sara Həsənovanın Xalidə Hüseynovanın mənimsəməsində xəbəri var?

Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzində mənimsəmə faktının olduğu iddia edilir
XALQ.AZ xəbər verir ki, Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzinin işçisi “Xəzər Xəbər”ə müraciət edərək mərkəzdə qanunsuzluqların baş verdiyini iddia edib.
Dezinfeksiya bölməsinin müdiri Yaqut Abdullayeva iddia edir ki, mərkəzin direktoru onun adından 7 ayın saxta hesabatını baş idarəyə göndərib.
İddiaya görə, sənəddə onun xəbəri olmadan istifadə olunmayan dezinfeksiya məhsulları, gigiyenik vasitələr və mərkəzə aid olan digər ləvazimatlar guya istifadə olunmuş kimi göstərilib.
20 ildir həmin mərkəzdə çalışan Yaqut Abdullayeva deyir ki, bu məhsullar ya satılır, ya da təyinatındankənar istifadə olunur.
Yaqut Abdullayeva bildirib ki, məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə və Səhiyyə Nazirliyinə məlumat versə də, onun öz işində nöqsanlar aşkarlandığı deyilib və töhmət alıb.
“Xəzər Xəbər” olaraq deyilən iddialara cavab almaq üçün sözügedən Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan açıqlama almaq istədik, lakin o mikrofonumuza icazəsiz danışa bilməyəcəyini bildirdi. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə məlumat verdi ki, Səhiyyə Nazirliyindən daxil olan şikayətlərlə əlaqədar Abşeron rayon GEM-də 2024-cü ilin dekabr ayında araşdırma aparılıb. Araşdırma zamanı aşkar olunan nöqsanlarla bağlı Mərkəzin direktor vəzifəsini icra edən Xalidə Hüseynovaya xəbərdarlıq edilib, şöbə və bölmələrdə olan nöqsanların aradan qaldırılması və tədbirlərin görülməsi üçün müddət verilib.

 

 

 

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baç direktoru Sara Həsənovadır

Seçilən
0
1
xalq.az

2Mənbələr