AZ

Ermənistan ABŞ-la gömrük sahəsində əməkdaşlığı müzakirə edir

"ABŞ-la Ermənistan arasında gömrük sahəsində əməkdaşlığın formalaşdırılması, ikitərəfli münasibətlərin düzgün və hərtərəfli tənzimlənməsi, gömrük xidmətləri arasında daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının gücləndirilməsi və genişləndirilməsi haqqında saziş hazırlanır".

Musavat.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Ermənistan parlamentinin İqtisadi məsələlər üzrə daimi komitəsinin iclasına təqdim edilib.

Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gevorqyanın sözlərinə görə, ötən il iyunun 11-də imzalanmış saziş gömrük orqanlarına informasiya mübadiləsi üçün konkret rejim təqdim edəcək.

Xatırladaq ki, ABŞ və Ermənitstan arasında dünən strateji tərəfdaşlıq haqqında saziş də imzalanıb.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr