AZ

Halit Ergenç sükutu pozdu: “Hazırda baş verənlər...”

Türkiyədə məşhurların meneceri olan Ayşe Barımla bağlı monopoliya iddiaları gündəmə bomba kimi düşüb və Barımla çalışmayan bir çox aktyorlar iddiaları təsdiqləyərək yaşadıqlarını danışıblar.

“Cebheinfo.az” xəbər verir ki, tanınmış aktyor Halit Ergenç jurnalistlərin Barım haqqında suallarını cavablandırıb. 

Ergenç 25 illik dostu Ayşə Barımı dəstəkləyib. 

Ergenç açıqlamasında, "O, tanıdığım nadir, dürüst insanlardan biridir. Hazırda baş verənlər, ona aid edilən bu əxlaqsız ssenarilər həqiqətən çox ağırdır. Məncə, Ayşə heç də buna layiq deyil.

Rəqabət qurumunun 20-yə yaxın şirkət ilə bağlı ümumi araşdırması var. Sanki bunların sadəcə İD ilə bir əlaqəsi varmış kimi bir fikir formalaşdırılır, lakin belə bir şey yoxdur. Deyilənlərin əksinə olaraq, bir insanın işini yaxşı görməsi cinayət deyil.

Təbii ki, ortada bir məsələ var, tərəflər var. Bəlkə də nəsə deməyim düzgün deyil, amma bütün bu hadisələri ədalətsizlik hesab edirəm. Sektorda həll edilməli olan çox şey var. Ümumiyyətlə, çətin bir bazardır, bütün dünyada belədir”, - deyə bildirib. 

Qeyd edək ki, Barımın Serenay Sarıkaya və Mert Dəmir münasibətinin piar olduğuna dair də iddialar səslənib.

Serenay Sarıkaya məsələ ilə bağlı "O qədər qəribə və ağlasığmaz şeylər var ki, bununla bağlı deyiləcək bir şey yoxdur. İD İletişim olaraq da, şəxsən özüm də prosesi məhkəməyə verdim. Məhkəmədə olduğu üçün heç nə demək istəmirəm".

Mert Demir isə sosial şəbəkədə açıqlama paylaşaraq, məsələ ilə bağlı qanuni addım atdığını bildirib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr