ABŞ-nin keçmiş birinci xanımı və 44-cü Amerika lideri Barak Obamanın həyat yoldaşı Mişel Obama yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Obamaların mətbuat xidmətinə məlumat yayıb.
“Keçmiş prezident Barak Obamanın 60-cı andiçmə mərasimində iştirak edəcəyi təsdiqlənib. Keçmiş birinci xanım Mişel Obama qarşıdan gələn inauqurasiyada iştirak etməyəcək”, - mətbuat xidmətinin bəyanatında deyilir.
Agentliyin qeyd etdiyi kimi, mətbuat xidməti keçmiş Amerika liderinin həyat yoldaşının Trampın inauqurasiya mərasimini niyə getməyəcəyini bildirmir. O , həmçinin ötən həftə Vaşinqtonda keçmiş prezident Cimmi Karterin dəfn mərasimində iştirak etməyib.
Bənövşə HƏSƏNOVA