AZ

Ötən il 9 operator 5 min manat cərimələnib

Bakı. Trend:

Aparılan monitorinqlər nəticəsində audiovizual yayımçıların həmteleviziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 358pozuntu faktı qeydə alınıb. Həmin pozuntuların çox bir hissəsi (348fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlərverilib və pozuntuların aradan qaldırılması təmin olunub.

Trend xəbərverir ki, bu barədə məlumat Audiovizual Şuranın 2024-cü il üzrəümumi hesabatında öz əksini tapıb.

Hesabata əsasən, bir sıra pozuntulara görə yayımçılara ilərzində 3 dəfə xəbərdarlıq elan olunub və mediada dərc olunub.Pozuntular səbəbi ilə il ərzində 4 dəfə yayımın dayandırılmasısanksiyası tətbiq olunub, 3 dəfə inzibati cərimənin tətbiq olunmasıilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəməyəgöndərilib.

Monitorinqlər nəticəsində oktyabrdan ilin sonunadək 11 operatora“Media haqqında” Qanunun 32.4-cü və 34.5-ci maddələrinintələblərini, 1 operatora isə “Media haqqında” Qanunun 32.7-cimaddəsinin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtibolunaraq müvafiq məhkəmələrə göndərilib. İlin sonuna kimi olanvəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator hərəsi 5000manat məbləğində cərimələnib.

Seçilən
1
az.trend.az

1Mənbələr