"Hər bir fəslin özünün vitamin komplektləri var".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, qış mövsümündə olan meyvə-tərəvəzdən istifadə etmək lazımdır.
Həkim qeyd edib ki, meyvə-tərəvəzi çiy şəkildə yemək daha faydalıdır.
"Bəzi insanlar rasionlarından balığı çıxarırlar. Amma bu yanlışdır. Həftədə 2 dəfə balıq yemək lazımdır. Eyni zamanda yumurta, ət, toyuq kimi məhsullarda qida rasionumuzda olmalıdır", - deyə Zakir Quliyev əlavə edib.
Mina Mikayılova