Rusiyanın “Red Wings” aviaşirkətinə məxsus Yekaterinburqdan Astana istiqamətində hərəkət edən təyyarə texniki səbəbə görə “Koltsovo” hava limanına qayıdıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verib.
“WZ 1097” Yekaterinburq-Astana reysini yerinə yetirən təyyarə texniki nasazlıq səbəbindən uçuş hava limanına qayıdıb. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə və uçuş qaydalarına uyğun olaraq təyyarə komandiri “Koltsovo” hava limanına qayıtmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Müəyyən edilmiş qaydada eniş etdikdən sonra təyyarə təcili yardım xidmətləri tərəfindən qarşılanıb.
“Təyyarə yerli vaxtla saat 10:19-da (Moskva vaxtı ilə 08:19-da) Yekaterinburqda uğurla eniş edib. “WZ 1097” reysi yerli vaxtla saat 14:45-də (Moskva vaxtı ilə 12:45) uçan ehtiyat təyyarədə həyata keçirilib. Gözləmə zamanı sərnişinlər federal aviasiya qaydalarına uyğun olaraq sərinləşdirici içkilər və isti yeməklərlə təmin olunublar”, – aviaşirkət əlavə edib.
Musavat.com