AZ

Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 17 yanvarda Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:


tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Seçilən
4
6
apa.az

7Mənbələr