AZ

Azərbaycanda daha bir bankın böyüklüyü 2 milyard manat səviyyəsini keçib

Səhmlərinin nəzarət paketi Azərbaycan dövlətinə məxsus olan "Azər-Türk Bank" ASC 2024-cü ili 21 milyon 308 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 14 milyon 41 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7 milyon 267 min manat və ya 51.7% (1,5 dəfə) atrtıb. 

Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Azər-Türk Bank" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ildə 92 milyon 563 min manat ikən, 2024-cü ildə 146 milyon 465 min manat təşkil edib (53 milyon 902 min manat və ya 58,2% artıb).

Ötən il "Azər-Türk Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 352 milyon 494 min manat və ya 78,8% artaraq 799 milyon 893 min manata çatıb. 

"Azər-Türk Bank"ın cəmi aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü il ərzində 1 milyard 88 milyon 791 min manat və ya 2,1 dəfə artaraq 31 dekabr 2024-cü il tarixində 2 milyard 84 milyon 327 min manata çatıb. Bank 2023-cü ilin sonunda 995 milyon 536 min manat, 30 sentyabr 2024-cü il tarixində 1 milyard 548 milyon 469 min manat cəmi aktivlərə malik idi. 

Ötən il "Azər-Türk Bank"ın cəmi depozit portfeli 3 dəfə və ya 975 milyon 380 min manat artaraq 1 milyard 459 milyon 966 min manata yüksəlib. Bankda hüquqi şəxslərin depozitləri 4,6 dəfə və ya 976 milyon 685 min manat artaraq 1 milyard 246 milyon 839 min manata çatıb. 

31 dekabr 2024-cü il tarixində "Azər-Türk Bank" 98 milyon 876 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 78 milyon 437 min manat məcmu kapitala malik idi. 

Seçilən
22
50
marja.az

10Mənbələr