Cümə günü, yanvarın 17-də İran prezidenti Məsud Pezeşkian və Rusiya diktatoru Vladimir Putin strateji tərəfdaşlıq sazişi imzalamaq üçün Moskvada görüşməyi planlaşdırırlar. Maraqlıdır ki, sənəddə Ukraynanın işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanınmır.
Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Məlumdur ki, əməkdaşlıq sazişi yaxın 20 il ərzində iki ölkə arasında münasibətləri tənzimləyəcək. Nəşrin mənbəsinin sözlərinə görə, saziş layihəsi dörd-beş il ərzində 20-30 raund danışıqlardan sonra tamamlanıb.
O, həmçinin bildirib ki, saziş geniş sahələri əhatə edən 47 maddədən ibarətdir. Paktın əsas bəndlərindən biri ərazi bütövlüyü ilə bağlıdır - BƏƏ-nin 1971-ci ildən Tehranın nəzarətində olduğu üç Fars körfəzindəki adalara qarşı davam edən iddialarını nəzərə alaraq, İran üçün xüsusi əhəmiyyət kəsb edən məqamdır.
Eyni zamanda, bu məqama “Rusiyanın 2014-cü ildə Ukraynadan aldığı Krımın və ya digər mübahisəli ərazilərin tanınması daxil deyil”.
Xatırladaq ki, “The Times” bu yaxınlarda İranın Rusiya Federasiyasında diplomatik missiyalar apardığını yazmışdı. Nəşrin mənbələrinə görə, ölkə hərbi və müdafiə potensialını gücləndirmək və nüvə proqramının həyata keçirilməsində Moskvanın dəstəyini təmin etmək istəyir.
Oxuməni.az