BAKI/17.09.10/TURAN: Əmlak Məsələləri Dövlət Komitəsi `Zeyxur` (Qusar rayonu) kiçik su elektrik stansiyasının satışı üzrə investisiya müsabiqəsini başa çatdırıb. `İnter Enerji` MMC müsabiqənin qalibi elan edilib. O, 18 ay ərzində su elektrik stansiyasının modernləşdirilməsinə 21 mln manat vəsait qoymaq, SES-in gücünü 12 MVt-a çatdırmaq, müəssisədə 100-120 yeni iş yerini açmaq öhdəliyi götürüb. `İnter Enerji` MMC həmçinin 200 000 manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 8 000 ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini öhdəsinə götürüb. Bundan başqa, özəlləşdirmə üzrə məsləhətçiyə (ASPI Consulting Engineers) 20,245 min manat vəsait ödənəcək. * Layihə gücü 8,75 MVt olan `Zeyxur` SES 1972-ci ildə Samur çayının üzərində tikilib. Öhdəliyi, debitor borcu, işçisi yoxdur. --12D-
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta