BAKI/16.09.10/TURAN: Kənd təsərrüfatı məhsullarının bir çox növünün istehsalı əkin sahələrinin və məhsuldarlığın azalması ilə bağlı geriləyib. Bu il taxıl və paxlalı bitkilər (qarğıdalıdan başqa) 935 min ha-dan toplanıb. Bu, ötən ilkindən 156 min ha azdır. 1 ha-dan məhsuldarlıq 19,9 sentner olub. Bu, 2009-cu ildəkindən 6 s (22%) azdır. Cəmi 1,85 mln ton məhsul toplanıb (ötən ilkindən 1 mln ton az). Qarğıdalının məhsuldarlığı da az olub - 1 ha-dan 39,5 s. Ötən il məhsuldarlıq 43,5 s idi. 1 sentyabr üçüN sahələrdən 41 min ton məhsul yığılıb. Yığım davam edir. Hələ sahələrin üçdə birindən məhsul toplanıb. 20 min ha sahədən məhsul yığılmayıb. Günəbaxanla bağlı vəziyyət də oxşardır. 6,6 min ha-dan 11,8 min ton məhsul yığılıb. Məhsuldarlıq 1 ha-dan 1,5 s düşüb. Bu il bostanlardan ötən ilkindən 13 min ton az tərəvəz yığılıb. Kəndlilər cəmi 930 min ton tərəvəz toplayıb. Hektardan məhsuldarlıq 0,2 s düşüb. Bu il 375 min ton qarpız və yemiş toplanıb. Məhsullar bazara hələ də daxil olur. Fermerlər hektardan 127 s məhsul yığıblar. Amma topdansatış qiyməti ötən ilkindən aşağı olub. Məhsuldarlığın azalması qiymətdə də özünü göstərir. Bu il tərəvəz, paxlalılar və meyvənin qiyməti ötən ilkindən baha idi. 08B
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta