"Qafqaz İnkişaf Bankı" ASC nizamnamə kapitalını 40 mln manat və ya 3,7 dəfə artıraraq 55 mln manata çatdırır.
Bakı Fond Birjasının məlumatına görə, nominalı 1 manat olan 40 mln adi sənədsiz adlı səhmin emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Anderrayter ""Chelsi Kapital" MMC-dir.
Hazırda bankın ödənilmiş nizamnamə fondu 15 mln manatdır. Bankın əsas səhmdarı Müşahidə Şurasının sədri Eldar İsmayılovdur (57,3%), qalan 42,7% 9 səhmdar arasında bölünüb. --15B--