Mövsümi xəstəliklər zamanı antibiotik istifadəsi heç bir effekt vermir.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, bu zaman əksinə antibioitik istifadəsi çox ciddi zərərlər verər:
"Antibiotik istifadəsi mütləq həkim tövsiyəsi iıə olmalıdır. Əks halda böyrək, qaraciyər kimi orqanların zədələnməsinə gətirib çıxardar. Loru dildə desək, qaş düzəldən yerdə göz çıxartmamaq üçün bunlara diqqət etmək lazımdır", - deyə Zakir Quliyev vurğulayıb.
Mina Mikayılova