AZ

“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

13 yanvar 2025-ci il tarixində “AzerGold” QSC-nintəşkilatçılığı, Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığınınartırılması” layihəsinə cəlb edilmiş jurnalistlərlə görüşkeçirilib.

“AzerGold” QSC-nin baş ofisində keçirilən görüşdə SəhmdarCəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, MEDİA-nınİcraçı direktoru Əhməd İsmayılov və onlayn media subyektlərinitəmsil edən jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov dövlət tərəfindən millimətbuatın inkişafına böyük diqqət göstərildiyini, media sahəsindəmüasir tələblərə uyğun mütəxəssislərin hazırlanması, onlarınfəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilənsəmərəli işlər nəticəsində mediamızın yeni inkişaf mərhələsinəqədəm qoyduğunu diqqətə çatdırıb.

Fəaliyyətini yerli qanunvericilik və mütərəqqi beynəlxalqtəcrübə, şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı prinsipləriəsasında təşkil edən “AzerGold” QSC-nin mətbuatla əlaqələrininkişafına önəm verdiyini qeyd edən Zakir İbrahimov SəhmdarCəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasınınhazırlanıb təsdiq edildiyini, sənədin əsas SMART məqsədlərindənbirinin yerli media ilə əməkdaşlığın gücləndirilməsi,jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılmasıolduğunu bildirib.

Layihə çərçivəsində təlim və mediaturda iştirak etmişjurnalistlərlə görüşün Milli Mətbuatımızın yaradılmasının 150-ciildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyi xüsusi olaraqvurğulanıb.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov isə “AzerGold”QSC-nin jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığınınartırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiyini, bucür layihələrin 150 yaşlı Azərbaycan jurnalistikasının davamlıtərəqqisi, sahəvi jurnalistikanın inkişafına xidmət etdiyini,nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

İcraçı direktor layihə çərçivəsində Gəncə və Daşkəsəndə təşkiledilən təlim və mediaturun dağ-mədən sahəsində medianümayəndələrinin məlumatlılığının artırılması istiqamətində kifayətqədər müsbət nəticələrlə yadda qaldığını, jurnalistlərin sahə üzrəixtisaslaşması istiqamətində mühüm addımlardan biri olduğunubildirib.

Daha sonra təlim və mediaturla bağlı təəssüratlarını bölüşənmedia nümayəndələri layihəni yüksək qiymətləndirib, sahəvijurnalistikanın inkişafı istiqamətində mühüm təşəbbüslərdən birikimi xarakterizə ediblər.

Çıxışlardan sonra təlim və mediaturda uğurla iştirak etmişjurnalistlərə sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Media nümayəndələrinin dağ-mədən sahəsindəməlumatlılığının artırılması” layihəsi çərçivəsində 19-20 dekabr2024-cü il tarixlərində onlayn mediada çalışan bir qrup jurnalistinGəncə şəhəri və Daşkəsən rayonuna ikigünlük səfəri təşkiledilib.

Səfər çərçivəsində jurnalistlər metal filizi sahələrində həyatakeçirilən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalınsatışının təşkili, eləcə də ətraf mühitin mühafizəsi, hasilatbölgələrində həyata keçirilən korporativ sosial məsuliyyətfəaliyyəti ilə bağlı həm yeni məlumatlara yiyələnib, həm də səfəretdikləri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, eləcə dəsosial sahədə görülən işlərlə əyani tanış olublar.

Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinədair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncəvə sonra test tapşırıqları icra edilib.

“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
“Media
Məqalədə:
Seçilən
0
26
az.trend.az

10Mənbələr