AZ

Giorgi Qaxariyaya qarşı hücum: Partiyası hakimiyyəti günahlandırır- VİDEO

Gürcüstanın "Gaxariya Uğrunda" Partiyası ölkənin keçmiş baş naziri və partiyanın lideri Giorgi Qaxariyaya qarşı Batumidə təşkil edilən qrup halında hücumla bağlı hakimiyyəti ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkədəki rəsmi səhifəsində yayımlanan bəyanatda bildirilib.

Məlumata görə, Giorgi Qaxariya Batumidə partiyanın gənclər təşkilatının ədalətsiz şəkildə təqib olunan üzvləri ilə bağlı məhkəmə prosesində iştirak etmək üçün səfərdə olub. Partiya rəsmiləri hadisəni "İvanişvili rejimi tərəfindən təşkil edilmiş, siyasi motivli hücum" adlandırıb.

"Bu hadisə müxalifəti qorxutmaq və fərqli fikirləri boğmaq məqsədilə həyata keçirilən açıq bir təzyiqdir. Lakin bu cür zorakılıq demokratiya və Avropa gələcəyi uğrunda mübarizə aparanların səslərini heç vaxt susdura bilməz," - deyə bəyanatda vurğulanıb.

Seçilən
3
musavat.com

1Mənbələr