Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi və ətraf rayonlarda işləyən sahibkarlara güzəştli kreditlər verib.
Fonddan verilən məlumata görə, müvəkkil kredit təşkilatları vasitəsilə 43 sahibkarlıq subyektinə 1 mln manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yeri yaradılacaq.
Bu ilin əvvəlindən 110 investisiya layihəsinin maliyyələşməsinə 11,1 mln manat ayrılıb.
Beləliklə, Fond 2013-cü ilin büdcəsinin 3,7%-dən istifadə edib.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 300 mln manata çatacaq. Bunun yarısı büdcə vəsaiti olacaq. --15D--