Gecəyarısından sonra İsmayıllıda sakitlikdir. Gücləndirilmiş polis dəstələri və xüsusi bölmələr küçələrə nəzarət edir.
DİN ölənlər barədə məlumatı təkzib edir, lakin yaralıların olması təsdiqlənir.
Yerli sakinlərdən 8 nəfərinə xəstəxanada yardım göstərilib. Onlar yüngül və orta ağırlıqda xəsarət alıblar.
Hələlik saxlanılanlar barədə rəsmi məlumat yoxdur. Müstəqil mənbələrin məlumatına görə, onlarla adam saxlanılıb.
Məlum olduğu kimi, yanvarın 23-də İsmayıllıda formal olaraq məişət zəminində kütləvi nümayiş başlayıb, lakin bunun əsasını adamların hakimiyyətin siyasətindən narazılığı təşkil edir. —0-