Lənkəran, 15 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş bədii-poetik konsert proqramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin təşkilatçılığı ilə ərsəyə gəlib.
Konsertdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı Məhəmməd Füzulinin qəzəlləri səsləndirilib, milli muğamlarımızın zərif nümunələri ifa olunub və ədəbi kompozisiyalar təqdim edilib.