"Kredo Bank"nin 300 min manatlıq səhmləri çərşənbə günü Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 10 min manat olan 3 min adi sənədli adlı səhmin emissiyası 2012-ci ilin oktyabrında qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər bir əqd çərçivəsində (bir investor) satılıb. Anderrayter ""Chelsi Kapital" MMC-dir.
Bu günə elan edilən emissiyanın 84,7%-i (25,4 mln manat) yerləşdirilib.
Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır.
Beləliklə, ödənilmiş nizamnamə fondu 46,24 mln manata çatıb. KredoBankın səhmdarları 11 fiziki və 2 hüquqi şəxsdir. --15B--