AZ

ABŞ qoşunları Suriyada kürd terrorçuları ilə TƏLİM KEÇİRİB

ABŞ qoşunları YPG yaraqlıları (Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qolu olan qondarma “Suriya Demokratik Qüvvələri”nin bölmələri) ilə Suriyanın şimalındakı Hasaka əyalətində birgə təlimlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Suriya İnsan Haqları Müşahidə Qrupu yayıb.
 

Mənbə qeyd edir ki, təlimlərin məqsədi bölgədə təhlükə yarandığı halda tərəflər arasında koordinasiyanı yaxşılaşdırmaqdır.


Təlimlərə helikopterlər də cəlb olunub.

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr