AZ

Şeyk Konde gəldi, Maqnus Andersen satıldı

İsveçrənin “Sürix” klubunun qvineyalı dayaq yarımmüdafiəçisi Şeyk Konde bundan sonra “Venesiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi bu transfer üçün 2 milyon avrosundan keçib. 24 yaşlı yarımmüdafiəçi ilə 2,5+2 illik müqavilə imzalanıb.

Şeyk Konde Qvineyanın “Sekvens” klubunun yetirməsidir. O, “Taborsko”, “Fastav” klublarının da formasını geyinib. 2022-ci ilin iyul ayından çıxış etdiyi “Sürix”də 97 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Konde 2022-ci ilin mart ayında debüt etdiyi Qvineya yığmasının heyətində 9 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Venesiya” mərkəz yarımmüdafiəçisi Maqnus Kofod Anderseni də Praqa “Sparta”sına satıb. İtaliya klubu bu transferdən 500 min avro qazanıb. 25 yaşlı danimarkalı futbolçu Çexiya klubu ilə bu mövsümün sonunadək anlaşıb.

Maqnus Kofod Andersen “Nordsyelland” klubunun yetirməsidir. O, “Venesiya”ya 2022-ci ilin iyul ayında 510 min avro müqabilində keçmişdi. Danimarkalı futbolçu A Seriyası təmsilçisinin heyətində 66 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Kofod Andersen Danimarkanın U-18, U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr