SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri (komanda və fərdi) “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil ediblər.
“İki sahil” xəbər verir ki, müsabiqə Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilib.
"BHOS 1" və "BHOS 2" komandaları:
Fərqlənmə sertifikatı
II dərəcəli diplom
Fərdi nəticələrə görə:
II dərəcəli diplom
III dərəcəli diplom
Yüksək nailiyyət sertifikatı
Fərqlənmə sertifikatı
Tələbələr:
Saleh İsayev - IV kurs, İnformasiya təhlükəsizliyi
Emin Orucov - IV kurs, Kompüter mühəndisliyi
Cəmil Camaləddinli - III kurs, Kompüter mühəndisliyi
Murad Axundov - III kurs, Kompüter mühəndisliyi
Vüsət Orucov - III kurs, İnformasiya təhlükəsizliyi
Fərid Mehtiyev - II kurs, İnformasiya təhlükəsizliyi
Tələbələrin mentoru isə İnformasiya Texnologiyaları kafedrasının müəllimi Azər Əliyevdir.