AZ

"Əbədi olaraq soyqırım diplomatı kimi tanınacaqsınız" - Blinken son çıxışında etirazla üzləşdi + VİDEO

Vəzifə səlahiyyətlərinin başa çatmasına sayılı günlər qalan ABŞ dövlət katibi Entoni Blinken son çıxışını edən zaman etirazla üzləşib.

“AzPolitika” xəbər verir ki, etirazçı Qəzzada törədilən qırğınlarda Blinkeni günahlandırıb və onu “soyqırım diplomatı” adlandırıb.

“Siz əbədi olaraq soyqırım diplomatı kimi tanınacaqsınız. Əlinizdə yüz minlərlə günahsız insanın qanı var”, - deyə etirazçı qışqırıb.

Blinken isə həmin şəxsin bu hərəkətini təbəssümlə qarşılayıb. Daha sonra etirazçı zaldan uzaqlaşdırılıb və Blinken çıxışına davam edib.

“AzPolitika.info”

Seçilən
1
azpolitika.info

1Mənbələr