AZ

Təmizlik və gigiyenik vasitələrin qiyməti artıb VİDEO

Son vaxtlar qeyri-qida məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, sözügedən məhsulların son 1 ildəki qiymətlərinə nəzər saldıqda, hazırda  məbləğlərlə kəskin fərq olduğu görünür. Həmin vasitələrin qiymitlərində təxminən 30 faizə qədər bahalaşma müşahidə edilir.

İqtisadçı Xalid Kərimli deyir ki, belə məhsulların əksəriyyəti idxal olunduğu üçün qiymətlər də ona əsasən dəyişir. Əgər hər hansı inhisarçı davranışlar, süni qiymət elementləri varsa, tədbir görülməlidir.

Xalid Kərimli qeyd edir ki, qlobal və yerli iqtisadi amillər də qeyri-qida məhsularının qiymətlərinə təsir edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
1
xezerxeber.az

1Mənbələr