AZ

Türkiyədən Rusiyaya xalça ixracında azalma müşahidə olunub

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Rusiyaya xalçaixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalaraq, 27milyon 971 min 81 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Rusiyaya 2 min 271 dollar 47məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 33,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninxalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq,2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollarməbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollarməbləğində xalça ixrac edib.

Məqalədə:
Seçilən
0
13
az.trend.az

10Mənbələr